KİV üçün məlumat

“Ailə Akademiyası” layihəsi çərçivəsində daha bir tədbir

Dekabr ayının 13-də  “Aydınlığa doğru” ictimai birliyinin ofisində  Bakının Binəqədi  rayonunda yerləşən 157 və 144 nömrəli məktəbin direktor müavinləri  Nəzakət Məmmədova, Kəmalə Mirzəliyeva   və  valideyinlərin iştirakilə tədbir keçirildi.

Birliyin rəhbəri Solmaz  Əmirli qonaqları salamladı  və “Ailə akademiyası”  layihəsi haqqında danışaraq dedi ki, bu layihə  3-cü ildir ki, davam edir. Ötən  müddət ərzində 130 məktəbdə təşkil olunan tədbirdə 9900-dən çox şagird,  4500-ə nəfərə yaxın   valideyn və  müəllim kollektivi ilə görüşlər keçirilib, söhbətlər aparılıb .

Sonra təşkiılatın məqsəd və məramını mükəmməl şəkildə özündə əks etdirən  3 dəqiqəlik “Ailə Akademiyasının tanıtım çarxı” iştirakçılara təqdim olundu.

“Pətək” Yeni Nəslin  Mənəvi Tərbiyəsi İctimai  Birliyini sədr müavini, Rəssamlar İttifaqının üzvü  Sevinc xanım Quliyeva çıxış edərək dedi  ki,  bu gün ailə dəyərləri tənəzülə uğramaqdadır.  Beləki ,təkcə elə  bu il 24 min ailə dağılıb. Bunun səbəbi nədir,   valideyinlər  övladlarına həyatı  düz başa sala bilmirlər, yoxsa müəllimlər onlara düz yol göstərə bilmirlər? Bəlkə uşaqlarda yalnış dünyagörüşünü  internet,  aqresiv seriallar formalaşdırır?

Gənc  vadeyinlərdən biri  dedi  ki, məncə uşaqların formalaşmasında ən böyük məsuliyyət valideynin üzərinə düşür.  Mən işləyirdim və uşağıma dayə tutmaq imkanım da var idi.  Amma fikirləşdim ki, belə etsəm, övladıma əsil ana ola bilməyəcəm. İşlə, pul qazan, onu da ver kiməsə, uşağın da ana nəvazişindən məhrum olsun.  Odur ki, işdən çıxdım, övladlarıma da özüm baxdım.

Digər bir  valideyin  sosial şəbəkələrin uşaqlara mənfi təsirinin  acı nəticəsini yaşayan ailələr haqqında bəzi faktlardan danışdı və dedi ki,  bizdə  internet , ümumiyyətlə yoxdu,  televizoru da çox vaxt  açmırıq. Çünki bütün kanallarda  çığırtı, dava-dalaş…Uşağımızın xatirinə çox vaxt xəbərlərdən də xəbərsiz oluruq.

Müzakirələrdən  bu qənaət  hasil oldu ki,  uşaqların mobil telefonda  izlədikləri cizgi filmləri, seriallar-ümumiyyətlə internetdən  istifadə istər uşaqların, istər gənclərin psixologiyasına  çox pis təsir edir.

“Ailə Akademiyası” layihəsinin müəllifi, əməkdar müəllim, iki dəfə ilin müəllimi seçilmiş  Səbinə xanım Rəsulova  bildirdi ki,   indi texnologiya əsridi,  uşaqları internetdən ayrı saxlamaq çətindir. Amma valideyinlər süzgəc rolunu oynamalıdır-yəni “pult” onların əlində olmalıdır, bir şərtlə ki, uşaq bunu hiss etməsin.  Bir sözlə, valideyin psixoloq olmalı, uşaqla  onun xarakterinə uyğun  davranmağı  bacarmalı, onun psixikasını mənfi təsirlərdən qorumalıdır.

Sonra   valideyinlərə  təklif  edildi ki, uşaqlarınızla yazılı şəkildə belə bir  müqavilə bağlayın:  “O, gün ərzində  hansı saatda nə iş görəcək, dərslərini hansı saatda hazırlayacaq?” və hər ikiniz müqaviləni  imzalayın. Uşaq üçün bu, çox maraqlı olacaq.  Ümumiyyətlə,  övladlarınızı  yaxşı tanımağa, onları öyrənməyə çalışın. Uşaqlarınızla dost olun, onun marağını öyrənin, həmsöhbət olub ona qulaq asın ki, o, sözünü deməyə başqa adam axtarmasın.  Bu yanaşmanın uşaqlara çox böyük müsbət təsiri var. Ümumiyyətlə, biz valideyin olaraq birinci özümüzü düzəltməliyik , hər şeydən əvvəl də  səbirli olmalıyıq.  Çünki,  valideyinin övladı ilə münasibətini düzgün qura bilməsi, ona diqqət və qayğı ilə yanaşması  uşaqların psixoloji sağlamlığı üçün vacib şərtdir.

Sonra qonaqlara cavablandırmaq üçün suallar paylandı : “Gün ərzində vaxtınızı  nəyə və necə bölürsüz”, “Başqalarından nə gözləyir və  başqaları üçün nə edə bilirsiz?”.

Tədbirin sonunda  qonaqlar  görüşdən və aparılan söhbətlərdən çox məmnun olduqlarını  bildirərək  belə  bir layinəni reallaşdırdıqları üçün  təşkilat pəhbərliyinə və üzvlərə təşəkkür etdilər.

Mətbuat xidməti   

Oxşar yazılar

Back to top button